Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » İdman » La Liqa Vinisiusla bağlı bəyanat yaydı
La Liqa Vinisiusla bağlı bəyanat yaydı

La Liqa "Valensiya" - "Real" matçında baş verən irqçiliklə bağlı bəyanat yayıb.
reportyor.tv xəbər verir ki, qurum Madridlilərin futbolçusu Vinisius Juniorun üzləşdiyi xoşagəlməz hadisənin araşdırıldığını bildirib:
"Mestalya" stadionunda keçirilən "Valensiya" - "Real Madrid" matçında baş verən hadisələri nəzərə alaraq, La Liqa baş verənləri araşdırmaq üçün bütün mövcud materialları tələb edib. İstintaq başa çatdıqdan sonra hər hansı nifrət cinayəti aşkar olunarsa, La Liqa müvafiq hüquqi tədbirlər görəcək.
"Mestalya" stadionunun kənarında Vinisius Juniora yönəldiyi iddia edilən irqçi təhqirlərin görüntüləri də təhlil edilir".
Bəyanatda qeyd olunub ki, liqa braziliyalıya qarşı baş verən bütün irqçi insidentlərə aktiv şəkildə reaksiya verib, son iki mövsümdə 9 dəfə müxtəlif orqanlara hesabat təqdim edib.

Şərhlər