İngiltərənin "Mançester Siti" klubu dünyanın ən dəyərli futbol brendinə çevrilib.
reportyor.org xəbər verir ki, bu barədə "Brand Finance" şirkətinin apardığı araşdırmanın nəticələri xəbər verir .
Şirkətin məlumatına görə, mankunian komandasının dəyəri son bir ildə 13% artaraq 1,51 milyard avro təşkil edib.
"Real Madrid" 1,46 milyard avro təxmini dəyəri ilə ikinci yerdədir. Bundan əvvəl "Real Madrid" dörd il dalbadal siyahıya başçılıq edirdi.
Siyahıda üçüncü yeri 1,37 milyard avro ilə "Barselona" tutub.
İlk 10-luğa həmçinin “Mançester Yunayted”, “Liverpul”, “Paris Sen-Jermen”, “Bavariya”, “Arsenal”, “Tottenhem” və “Çelsi” də daxil olub.
Xatırladaq ki, hazırda planetin ən güclü klubu adı 2023-cü ilin fevralında Klublararası Dünya Çempionatının qalibi olan “Real Madrid”ə məxsusdur.