Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » İdman » Çempionlar Liqasında final həyəcanı - YENİLƏNİR
Çempionlar Liqasında final həyəcanı - YENİLƏNİR

Türkiyənin İstanbul şəhərində İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandaları arasında Çempionlar Liqasının final oyunu başlayıb.
reportyor.tv xəbər verir ki, Atatürk Olimpiya Stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edir
xxx
21:39
Türkiyənin İstanbul şəhərində İngiltərənin "Mançester Siti" və İtaliyanın "İnter" komandaları arasında keçiriləcək Çempionlar Liqasının final oyunu üçün start heyətləri açıqlanıb.
reportyor.tv UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
"Mançester Siti": 31. Ederson, 3. Ruben Diaş, 5. Con Stounz, 6. Natan Ake, 8. İlkay Gündoğan, 9. Erlinq Holann, 10. Cek Qriliş, 16. Rodri, 17. Kevin De Brüyne, 20. Bernardu Silva, 25. Manuel Akanci
Baş məşqçi: Xosep Qvardiola
"İnter": 24. Andre Onana, 2. Denzel Dumfris, 9. Edin Ceko, 10. Lautaro Martines, 15. Françesko Açerbi, 20. Hakan Çalhanoğlu, 23. Nikola Barella, 32. Federiko Dimarko, 36. Matteo Darmian, 77. Marselo Brozoviç, 95. Alessandro Bastoni
Baş məşqçi: Simone İnzagi
Qeyd edək ki, Atatürk Olimpiya Stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti