Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » İdman » Ronaldonu Bakıya bu şirkət gətirir - YENİ DETALLAR
Ronaldonu Bakıya bu şirkət gətirir - YENİ DETALLAR

Ötən gün Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun ulduz futbolçusu Kristiano Ronaldonun qida məhsulu şirkətlərindən birinin reklam çəkilişi üçün Azərbaycana gələcəyi ilə bağlı xəbər vermişdik.
 
38 yaşlı hücumçunun paytaxtımıza gəlişi barədə bəzi detallar məlum olub.
 
Belə ki, Kristiano "Honsen İnternational MMC" şirkətinin reklam siması olacaq. Səfərin təşkilatçısı isə "Günəş konsorsium" ilə "İctimai-iqtisadi-dimlomatik" lobbidir.
 
O cümlədən Ronaldo ilə görüş və koorporativ imza mərasiminin də keçirilməsi planlaşdırılır. Məlumata görə, artıq tərəflər arasında müqavilələr hazırlanaraq vəkillər tərəfindən təsdiqlənib. Portuqaliyalının ölkəmizə təşrif buyuracağı ay da məlumdur.
 
Qeyd edək ki, Kristiano Ronaldo "Black tie event"in fəxri qonaqlarından biridir.

Şərhlər