Vasili Koltaşov: "Neft bahalaşa bilər"
Tarix: 21-04-2020, 08:30
Baxılıb: 141
Google+ Paylaş
Tumblr Paylaş

Vasili Koltaşov: "Neft bahalaşa bilər"

21-04-2020, 08:30

Hazırda işsizliyin sürətlə artdığı Qərbdəki böhran nəzərə alınsa, neftin qiymətləri artmağa başlaya bilər.

Bu barədə “Report”un Rusiya bürosuna Yeni Cəmiyyət İnstitutunun Siyasi İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Vasili Koltaşov deyib.

O, OPEC+ formatının iştirakçısı olan ölkələr arasında bu yaxınlarda hasilatı azaltmaqla bağlı razılaşmanın neft qiymətlərinə mümkün təsirindən də danışıb:

“Neft bazarı çöküb, həm də ifrat dərəcədə çöküb. Qərbdəki mövcud böhran vəziyyəti neft qiymətlərinə təzyiq edəcək. İndi OPEC+, yaxud hətta OPEC++ ölkələri müştərək səylərlə hasilatı və eyni zamanda neftin ixracını azalda bilər. Buna baxmayaraq, bazar təzyiq altında qalacaq. Federal Ehtiyatlar Sisteminin maliyyə bazarına əlavə pul buraxacağı, Avropa Maliyyə Bankı və İngiltərə Bankının da eyni addımı atacağı nəzərə alınsa, qiymətlər artmağa başlaya bilər. Bununla belə, vəziyyət çox dəyişkəndir. OPEC+ formatının strategiyası neft qiymətlərinin yenidən kəskin azalmasını əngəlləyərək 25 dollardan yuxarı bir səviyyədə sabitləşməsini təmin etməyə yönəlməlidir. Bundan sonra da tədricən qiymətlər artmalıdır. Belə halda qiymətlər yavaş-yavaş 40 dollar/barelə çata bilər. Amma OPEC+ iştirakçıları arasındakı razılaşma nəticəsində neftin birdən-birə bahalaşacağını gözləmək düzgün deyil”.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ