Əməliyyatdan sonra iflic olan Möylə Mirzəliyevin SON DURUMU
Tarix: 1-04-2025, 13:55
Baxılıb: 435
Google+ Paylaş
Tumblr Paylaş

Əməliyyatdan sonra iflic olan Möylə Mirzəliyevin SON DURUMU

1-04-2025, 13:55

Aktyor Möylə Mirzəliyevin vəziyyəti ağır olaraq qalır.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Yeni Klinikadan məlumat verilib.

Bildirilib ki, aktyorun müalicəsi reanimasiya şəraitində davam etdirilir:

“Möylə Mirzəliyev həmçinin böyrək çatışmazlığı problemi yaşayır. Bu səbəbdən davamlı hemodializ olunur”.

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın aktyoru Möylə Mirzəliyev bir müddət əvvəl özəl tibb müəssisələrinin birində əməliyyat olunub. Əməliyyatdan sonra aktyorda yuxarı və aşağı ətrafların iflici qeydə alınıb və o, uzun müddət digər tibb müəssisəsinin reanimasiya və intensiv terapiya şöbəsində müalicə edilib.

Aktyor vəziyyəti daha da ağırlaşdıqdan sonra Yeni Klinikaya yerləşdirilib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ