"Geyimə irad tutanlar 500 manat cərimələnsin"
Tarix: 20-04-2025, 20:50
Baxılıb: 366
Google+ Paylaş
Tumblr Paylaş

"Geyimə irad tutanlar 500 manat cərimələnsin"

20-04-2025, 20:50

Aparıcılar Aytən Səfərova və Mehman Rəsulov yeni cərimələrin tətbiq olunmasını təklif ediblər.
Bu barədə onlar "Xəbər ertəsi" verilişində danışıblar. M.Rəsulov yüksəkdən danışanların cərimələnməsini istəyib.
Aytən Səfərova isə bir-birini tanımayan insanların "sən" deyə müraciət etməsinə görə cərimə tətbiq olunmasını təklif edib:
"Ağsaqal və ağbirçəklərə "sən" deyə müraciət edirlər. Tanımadığı insanlara belə müraciət edənlər cərimələnməlidir. Bu, mədəniyyətsizlikdir. Bakı həmişə mədəni şəhər olub. Axır illər Bakıya nə olub?
Başqasının geyiminə görə söz atanlara və kəm baxanlara cərimə tətbiq olunmalıdır. Biz dünyəvi dövlətdə yaşayırıq. Kim nə istəyirsə, onu da geyinə bilər. Öz gözünə, nəfsinə hakim ola bilmirsənsə, bunun başqasına heç bir aidiyyatı yoxdur. Bəlkə bu sənin də bir sınağındır. Paltara irad tutanlar, yazılmayan qadağalar qoyanlar birbaşa 500 manat cərimələnsin".//Axşam.az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ