Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Mədəniyyət » Azərbaycan Dillər Universiteti Tərcümə Fakültəsinin dekanı Bənövşə Məmmədovanın “Təhsildə və cəmiyyətdə mediasiya: Nəzəri əsaslar və təcrübi yanaşmalar” adlı kitabının təqdimat mərasimində iştirak etdim.
Azərbaycan Dillər Universiteti Tərcümə Fakültəsinin dekanı Bənövşə Məmmədovanın “Təhsildə və cəmiyyətdə mediasiya: Nəzəri əsaslar və təcrübi yanaşmalar” adlı kitabının təqdimat mərasimində iştirak etdim.

Çıxışımda vurğuladım ki, təhsil və cəmiyyətin inkişafında mediasiya institutunun rolu böyükdür. Mediasiya yalnız hüquqi müstəvidə deyil, həm də sosial münasibətlərdə qarşılıqlı anlayışın, empatiyanın və dialoqun bərqərar olması üçün mühüm alətdir.
Həmçinin qeyd etdim ki, bu gün təhsildə və ictimai münasibətlərdə qarşıya çıxan problemlərin böyük qismi məhz ünsiyyət çatışmazlığından, emosional idarəetmə bacarıqlarının zəifliyindən və qarşılıqlı etimadın azalmasından qaynaqlanır. Mediasiya isə bu çatışmazlıqların aradan qaldırılması üçün mədəni, etik və pedaqoji baxımdan səmərəli mexanizmdir.
Eyni zamanda, bildirdim ki, təhsil müəssisələrində mediasiya mədəniyyətinin formalaşdırılması, müəllim-tələbə, valideyn-məktəb, eləcə də gənclərarası münasibətlərdə qarşılıqlı hörmət və anlayışın inkişafına xidmət edir. Bu, həm də cəmiyyətin mənəvi sağlamlığı və sosial sabitliyi üçün vacib bir addımdır.
Belə dəyərli elmi işlərin və tədqiqatların ölkəmizdə artması, praktik tətbiqlə elmi yanaşmanın birləşdirilməsi, təhsil sistemimizin insan yönümlü və dəyərlərə əsaslanan şəkildə inkişafına mühüm töhfə verir.
Bənövşə xanım Məmmədovanı bu dəyərli elmi əsərə və cəmiyyətimiz üçün faydalı təşəbbüsə görə ürəkdən təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayıram.
Mediasiya - anlaşmanın, əməkdaşlığın və sağlam cəmiyyətin körpüsüdür!





Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti