Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Ölkə » Azərbaycana qış fəsli daxil oldu
Azərbaycana qış fəsli daxil oldu

Azərbaycana qış fəsli gəlib.
Publika.az xəbər verir ki, qış fəsli saat 07:27-də daxil olub.
Bununla da cari ilin son fəsil dəyişməsi hadisəsi baş verib, Şimal yarımkürəsində, o cümlədən Azərbaycanda qış fəsli başlayıb.
Qeyd edək ki, bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir (Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur). Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Bu gün gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san., gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san. olacaq.
Şimal yarımkürəsində qış fəsli nöbəti ilin martına qədər davam edəcək. Mart ayının 20-si saat 07:06-da yaz fəsli qışı əvəz edəcək.

Şərhlər