Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Ölkə » Metronun işində PROBLEM YARANDI - HƏRƏKƏT DAYANIB (YENİLƏNDİ)
Metronun işində PROBLEM YARANDI - HƏRƏKƏT DAYANIB (YENİLƏNDİ)

Bakı Metropoliteninin Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata görə, "Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatar "28 May" stansiyasındaikən vaqonlardan birinin qapısında texniki nasazlıq yaranıb.
Qeyd edilib ki, metropolitenin normativ tələblərinə uyğun olaraq sərnişinlərin düşürülməsi zərurəti yaranıb. Lakin stansiyada sərnişin sıxlığı səbəbilə sərnişinlərin qatardan düşürülməsi prosesi 10 dəqiqə davam edib. Qatar depoya yola salınıb. Əvəzinə dərhal ehtiyat qatar verilib. Ümumən, hər iki xətt üzrə intervaldan əlavə 11 dəqiqə yubanma var.
***
Dərnəgül istiqamətində hərəkət edən qatarın sərnişinləri düşürülüb. 
Musavat.com-un əməkdaşının məlumatına görə, hazırda qatar metronun Gənclik stansiyasında tuneldə qalıb və hərəkət tam dayanıb. 
Səbəbin nə olduğu barədə hələlik heç bir məlumat yoxdur.
--------
17:23
Dərnəgül istiqamətində hərəkət edən qatar gecikir.
Milli.Az xəbər verir ki, buna səbəb vaqonun qapılarından birində yaranan nasazlıqdır.
Hadisə şahidinin verdiyi məlumata görə qatar artıq 5 dəqiqədir ki, 28 may stansiyasında platformada hərəkətsiz dayanıb.

Şərhlər