Bu gün Azərbaycanda bələdiyyə seçkilərdir
Tarix: 29-01-2025, 00:12
Baxılıb: 202
Google+ Paylaş
Tumblr Paylaş

Bu gün Azərbaycanda bələdiyyə seçkilərdir

29-01-2025, 00:12

Bu gün Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı səsvermədir.
Publika.az xəbər verir ki, seçkilər ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçiriləcək.
Bələdiyyə seçkiləri üçün məntəqələr yanvarın 29-u səhər saat 8:00-da açılır və səsvermə saat 19:00-a qədər davam edəcək.
Seçkilərdə 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparır.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına əsasən, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var.
Qeyd edək ki, seçki günü ölkədə qeyri-iş günü kimi təsbit edilib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ