Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Ölkə » Qazaxıstan və Azərbaycan Xəzər dənizində hərbi təlimlər keçirəcək
Qazaxıstan və Azərbaycan Xəzər dənizində hərbi təlimlər keçirəcək

Qazaxıstan və Azərbaycanın Hərbi Dəniz Qüvvələri Aktauda "Xəzər küləyi-2025" təlimləri keçirəcək.
Reportyor.tv xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Qazaxıstanın Hərbi Dəniz Qüvvələri Baş Qərargah rəisinin birinci müavini, 1-ci dərəcəli kapitan Kanat Niyazbekov və Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi, 1-ci dərəcəli kapitan Teymur Mürşüdov danışıqlar zamanı qarşıdakı təlimlərin detallarını müzakirə edib və razılaşdırıblar. Təlimlər Xəzər dənizinin Qazaxıstana aid hissəsində keçiriləcək. Gəmilər gəldikdən sonra təlim planı və xəritələrdə epizodların çəkilməsinin təfərrüatları dəqiqləşdiriləcək", - məlumatda bildirilib.
Publika.az

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti