Professor Adil Qeybulla Tofiq Yaqublunu müayinə etdi: "Onun səhhəti..." - AÇIQLAMA
Tarix: 19-04-2025, 19:18
Baxılıb: 212
Google+ Paylaş
Tumblr Paylaş

Professor Adil Qeybulla Tofiq Yaqublunu müayinə etdi: "Onun səhhəti..." - AÇIQLAMA

19-04-2025, 19:18

Tanınmış həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla bu gün aclıq aksiyası keçirən Müsavat Partiyasının funksioneri Tofiq Yaqublunu Bakıdakı istintaq təcridxanasında ziyarət edib.
Ziyarət zamanı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Tibb Baş İdarəsinin nümayəndələri də iştirak ediblər.
Professor Adil Qeybulla sosial şəbəkə hesabında ziyarətlə bağlı bunları qeyd edib:
“Salam dostlar,
Bu gün Tofiq Yaqublunun müayinəsi məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakıda yerləşən istintaq təcridxanasında onu ziyarət etdik. Müayinədə Nazirliyin Tibb Baş İdarəsinin həkimləri də iştirak edirdi.
Vital göstəriciləri:
• Arterial təzyiq – 126/83 mm Hg
• Nəbz – 94 dəfə/dəq
• Bədən hərarəti – 36,4°C
• Çəkisi – 83,350 kq
Onun ümumi durumu keçirdiyi aclıq aksiyasına adekvatdır. Huşu aydın, təmas və kommunikasiya normaldır. Beynəlxalq təcrübəyə uyğun olaraq, aclıq aksiyalarının tibbi nəzarət altında keçirilməsi vacibliyi Tofiq bəyə izah olundu.
Bu məqsədlə su-elektrolit balansının tənzimi, mikrosirkulyasiyanın və toxuma hipoksiyasının qarşısını almaq üçün qidalandırıcı olmayan venadaxili infuziyanın aparılmasının zəruriliyi bildirildi. Razılıq alındıqdan sonra prosedurlar icra edildi və infuziya normal keçdi.
Onun səhhətinin mütəmadi olaraq nəzarətdə saxlanması üçün Penitensiar Xidmətə və Tibb Baş İdarəsinə növbəti müraciətimiz olacaq”.
QEYBİ.jpeg (153 KB)
Sayğılarla,
Adil Qeybulla
Bakı şəhəri, 19.04.2025


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ