Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Ölkə » Ramiz Mehdiyevin villası satışa ÇIXARILDI
Ramiz Mehdiyevin villası satışa ÇIXARILDI

Videoda gördüyünüz villa Tbilisi prospektində yerləşir və əmlak satışı saytlarının birində cəmi 8 milyon ABŞ dollarına satışa çıxarılıb.
Bu dəbdəbəli və Azərbaycan standartlarına görə kifayət qədər bahalı hesab olunan villa Prezident Administrasiyasının sabiq rəhbəri və AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyevə məxsusdur.
Tbilisi prospektində 36 sot ərazidə yerləşən bu villanın Mehdiyev yüksək vəzifədə olarkən tikdirdiyi çoxsaylı mülklərdən biri olduğu, indi isə satışa çıxarıldığı qeyd edilir. Bunun mehdiyevlər ailəsinin maliyyə problemlərindən irəli gəlib-gəlmədiyini deyə bilmərik.
Ancaq bir şey məlum reallıqdır ki, Azərbaycanda iri məmurlar vəzifədən atılan kimi, uzun illər qurub yaratdıqları ailə biznesləri, biznes imperiyaları da geriləməyə, ”çat verməyə” başlayır. Bu baxımdan R.Mehdiyevin və yaxınlarının da eyni mənzərə ilə üzləşdiyini istisna etmək olmaz.
Ancaq təbii ki, R.Mehdiyevin imkanları, malikanələri bir villa ilə məhdudlaşmır və bu, çoxsaylı mülklərin yalnız biridir. Bundan başqa mətbuatda Mehdiyevin “Bank BTB” də daxil olmaqla, böyük biznes şəbəkəsinə malik olduğu barədə çoxsaylı materiallar dərc olunub...//Demokrat.az

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti