Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Ölkə » Şahdağa qar yağdı - Faktiki hava
Şahdağa qar yağdı - Faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin iyunun 8-i saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib.
Xidmətdən Publika.az-a bildirilib ki, yağıntılar bəzi yerlərdə leysan xarakterli olub, şimşək çaxıb.
Düşən yağıntının miqdarı Qubada (Qrız) 16, Qusarda (Laza) 13, Şahdağda 10, Xınalıqda 6, Bakıda və Abşeron yarımadasında 5, Lerik, Şahbuz, Altıağac, Neftçala, Zərdab, Xaltan, Beyləqan, Kürdəmir, Şirvan, Yevlax, Göyçay, Şabran, Qobustan, Xaçmaz, Şəki, Sarıbaş (Qax), Yardımlı, Daşkəsən, Cəbrayıl və Naxçıvanda 1-4 mm-dir.
Şahdağda arabir qar yağıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda Aran rayonlarında 19, Naxçıvan MR-da 17, dağlıq rayonlarda isə 13 dərəcəyədək isti qeydə alınıb.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti