Azərbaycan-İran sərhədindəki keçid məntəqəsi açıldı: Xaricilər təxliyə olunur - Fotolar
Tarix: 14-06-2025, 09:14
Baxılıb: 269
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan-İran sərhədindəki keçid məntəqəsi açıldı: Xaricilər təxliyə olunur - Fotolar

14-06-2025, 09:14

Bir qrup xarici ölkə vətəndaşının İrandan Azərbaycana təxliyə olunması üçün Astara sərhəd-keçid məntəqəsi müvəqqəti olaraq açılıb.
Reportyor.tv Teleqraf-a istinadən xəbər verir ki, ilkin mərhələdə İranda olan 6 nəfər xarici ölkə vətəndaşı Azərbaycan vasitəsi ilə təxliyə olunub. Onların hamısı Qazaxıstan vətəndaşlarıdır.
Azərbaycan hökuməti təxliyə olunan əcnəbiləri daşımaq üçün əraziyə avtobuslar göndərib.
Bundan başqa sərhəd-keçid məntəqəsinə təcili tibbi yardım briqadası ezam olunub.
Qeyd edək ki, bəzi xarici dövlətlər Azərbaycan hökumətinə müraciət edərək İranda olan vətəndaşlarının təxliyəsi üçün yardım istəyib. Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq həmin şəxslərin təxliyəsi üçün şərait yaradır.



Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ