Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Ölkə » Prezident bu qanunda dəyişikliyi TƏSDİQLƏDİ
Prezident bu qanunda dəyişikliyi TƏSDİQLƏDİ

Diplomatik pasport əldə edəcək subyektlərin dairəsi genişləndirilib.
Reportyor.tv xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Pasportlar haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Belə ki, inzibati vəzifələrin birinci təsnifatına aid edilən vəzifələrin təminatlarından istifadə etmək məqsədi ilə "Pasportlar haqqında" təklif edilən dəyişikliklə Prezidentin Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavinlərini də diplomatik pasportu əldə edə biləcək subyektlərin dairəsinə daxil ediləcəklər.
Bundan başqa, “Dövlət qulluğu haqqında” qanuna dəyişikliyə görə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi vəzifəsi inzibati və yardımçı vəzifələrin birinci təsnifatına əlavə edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 5 fevral 2025-ci il tarixli sərəncamı ilə Muxtar Babayev Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi təyin olunub.
Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti