“Rus bölmələri ləğv edilib, yerinə Çin bölmələri açılmalıdır" - Ekspertdən İLGİNC TƏKLİF
Tarix: Dünən, 13:14
Baxılıb: 55
Google+ Paylaş
Tumblr Paylaş

“Rus bölmələri ləğv edilib, yerinə Çin bölmələri açılmalıdır" - Ekspertdən İLGİNC TƏKLİF

Dünən, 13:14

"Rus bölmələri artıq nə strateji, nə pedaqoji, nə də texnoloji baxımdan Azərbaycanın təhsil sistemində aktuallığını saxlamır. Bugünkü dünyada gələcəyin dili nə rus dilidir, nə də keçmişin ideoloji mirasıdır".
Reportyor.tv bildirir ki, bu barədə təhsil eksperti Kamran Əsədov deyib.
Ekspertin fikrincə gələcəkdə artıq daha çox Çin dilinə ehtiyac yaranacaq:
"Bizə bu gün – texnologiyanın, süni intellektin, rəqəmsal iqtisadiyyatın hökm sürdüyü bir dövrdə – Çin dili lazımdır.
Rus bölmələrinin saxlanması sadəcə keçmişə bağlılıq və inersiyadır. Amma Çin bölmələrinin yaradılması gələcəyə baxmaq, ticarət, innovasiya, enerji, mühəndislik, robot texnikası və beynəlxalq əməkdaşlıq üçün qapı açmaqdır. 2023-cü ildə dünyanın ən çox danışılan dili Çin dili olub. Çin bu gün dünya texnologiya bazarının 28%-nə sahibdir. Azərbaycan isə bu bazardan pay almaq istəyirsə, təhsil sistemini yenidən qurmalı, rus deyil, Çin yönlü strateji model qurmalıdır.
Rus bölmələrinin yerini Çin bölmələri tutmalıdır. Çünki biri keçmişin yadigarıdır, digəri gələcəyin açarı.
Bu sadəcə dil məsələsi deyil — bu, strateji seçimdir. Texnologiya dövründə rus dilinə deyil, Çin dilinə investisiya etməliyik. Gələcəyin bazarı Şərqdədir. Qərbi imitasiya edib Şərqi unudanlar gələcəyi itirir. Çin dili bölmələri açın, rus bölmələrini tarixə yollayın".
Musavat.com


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ