Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Ölkə » Ağdamın Ergi qəsəbəsinin dağılmış yolunun əsaslı təmirinə başlanıldı
Ağdamın Ergi qəsəbəsinin dağılmış yolunun əsaslı təmirinə başlanıldı

Tarixin ən şərəfli və yaddaqalan günlərini qeyd etdiyimiz bir vaxtda, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun təşəbüsü, Qaçqın və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevin dəstəyi ilə Ağdam rayonunun Ergi qəsəbəsinin uzun illərdir bərbad vəziyyətdə olan 5 km.- lik yolunun əsaslı təmirinə başlanlıb.
Xatırladırıq ki, Qaçqın və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev məcburi köçkünlərin yaşadığı ərazilərdə onların mənzil şəraitinin yaxşılaşdırılmasına və digər problemlərinin həllinə həmişə həssas yanaşmaqla yanaşı, köçkünlərin yaşadığı qəsəbələrin yollarının təmirinə böyük dəstək göstərir.
Xatırladırıq ki, cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq keçmiş köçkünlərin işğaldan azad edilmiş ərazilərə mərhələli köçürülməsi işində də Qaçqın və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsi rəhbərliyinin xüsusi fəaliyyəti vardır.
A.Məmmədli

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti