
Azərbaycanın avtomobil yollarında fevralın 23-də müşahidə ediləcək vəziyyət açıqlanıb.
Bu barədə Reportyor.tv-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Belə ki, fevralın 23-də gecə və səhər saatlarında bəzi yerlərdə yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Musavat.com






Şərhlər