Bakıdan Batumiyə ilk uçuş həyata keçirildi
Tarix: 4-06-2022, 10:14
Baxılıb: 228
Google+ Paylaş
Tumblr Paylaş

Bakıdan Batumiyə ilk uçuş həyata keçirildi

4-06-2022, 10:14

Buta airways” şirkəti iyunun 3-dən Gürcüstanın Batumi şəhərinə uçuşlara başlayıb.
reportyor.org xəbər verir k, bu barədə Azərbaycanın Batumidəki baş konsulluğundan bildirilib.
Batumi hava limanında “Buta airways” hava yollarının qarşılanma mərasimində Azərbaycanın Batumi şəhərindəki baş konsulu Pərviz İsmayılzadə, Acarıstanın Turizm departamentinin rəhbəri Tinatin Zoidze, Batumi beynəlxalq hava limanının meneceri Əli Özgür Pəhlivan və “Buta airways” hava yollarının Batumi şəhərindəki nümayəndəsi və digər rəsmi qonaqlar iştirak ediblər.
Batumi aeroportunda Bakıdan gələn qonaqları Acarıstan milli rəqs qrupu musiqi ilə qarşılayıb.
Sərnişinlər Gürcüstan mətbəxinin ləziz təamlarını dadıblar.
Bakı-Batumi-Bakı istiqamətində reyslər həftədə iki dəfə həyata keçiriləcək.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ