Azərbaycana iribuynuzlu heyvan idxalı 56% artıb
Tarix: 21-06-2023, 15:33
Baxılıb: 359
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycana iribuynuzlu heyvan idxalı 56% artıb

21-06-2023, 15:33

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycana 4 milyon 914 min dollar dəyərində 15319 baş diri iribuynuzlu heyvan idxal edilib.
''Reportyor.tv -Economics” Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir ki, bu göstəricinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 56.3% və ya 5 min 515 baş çoxdur. 2022-ci ilin ilk 4 ayında Azərbaycana 3 milyon 564 min dollar dəyərində 9804 baş iribuynuzlu heyvan idxal edilib.

Qeyd edək ki, hesabat dövründə Gürcüstandan 10616 baş (69.3%), Rusiyadan 3212 baş (21%) Qazaxıstandan isə 1491 baş (9.7%) iribuynuzlu heyvan idxal edilib.




Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ