Baş məşqçi ilə “sağ əli” mübahisə etdi, yollar ayrıldı – Rəhbəri sayan var?
Tarix: 15-07-2023, 13:01
Baxılıb: 221
Google+ Paylaş
Tumblr Paylaş

Baş məşqçi ilə “sağ əli” mübahisə etdi, yollar ayrıldı – Rəhbəri sayan var?

15-07-2023, 13:01

“Kəpəz” baş məşqçisini dəyişsə də, qalmaqallar bir-birini əvəz edir.
Əvvəl bu, Tərlan Əhmədovla bağlı idi, bu gün isə Azər Məmmədovla.
Öncəki çalışdırıcı klub funksionerləri və bəzi futbolçularla yola getmirdisə, iyunda komandanın sükanı arxasına keçən həmkarı isə öz köməkçisi ilə problem yaşayır.
Belə ki, o, Xaliq Mərdanovla ciddi mübahisə edib və ikinci bu gərginliyin nəticəsi olaraq düşərgədən ayrılıb. Azər Məmmədovdan inciyən yardımçısının onunla işbirliyi beləcə tez başa çatıb.
Xaliq Mərdanov ayyarım öncəyə kimi Tərlan Əhmədovla da konflikt yaşayırdı.
Sabiq sükançı hər dəfə və hər yerdə deyirdi ki, Gəncədə onun əleyhinə formalaşdırılan koalisiyanın başında məhz Mərdanov dayanırdı.
Və ində də belə bir mənzərənin ortaya çıxması...
Yeni fakt təsdiq edir ki, İlqar Nadiri İdarə Heyətinin sədri olaraq klubu lazımı səviyyədə yönəldə bilmir.
Deyəsən, onu burada xadimə və qarovulçulardan savayı sayan yoxdur.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ