Azərbaycanda 70 yaşlı "professor" həbs edildi
Tarix: 27-12-2024, 23:37
Baxılıb: 625
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycanda 70 yaşlı "professor" həbs edildi

27-12-2024, 23:37

Bakıda özünü Azərbaycan Dövlət Texniki Universitetinin professoru kimi təqdim edərək, vətəndaşın 15 min manatını mənimsəyən 70 yaşlı şəxsə hökm oxunub.
Reportyor.tv "Qaynarinfo"ya istinadla xəbər verir ki, 1954-cü ildə Kürdəmir şəhərində anadan olmuş Hacıəli Əmirovun (soyad şərti) Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.
Məhkəmədə məlum olub ki, Hacıəli Əmirov 2010-cu ildə də Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, 10 il müddətinə azadlıqdan məhrum edilib və hazırda məhkumluğu ödənilməyib.
O, Arifə Hüseynova adlı vətəndaşı aldadaraq, onun yaxınının Fövqəladə Hallar Nazirliyində işlə təmin olunmasında köməklik göstərəcəyini vəd edib. Təqsirləndirilən şəxs buna görə zərərçəkmişin 15 min manatını mənimsəyib.
Zərərçəkmiş təqsirləndirilən şəxs barəsində şikayətçi olduğunu, ona verdiyi pulun geri qaytarılmasını tələb etdiyini bildirib.
Məhkəmənin qərarı ilə Hacıəli Əmirov Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ