Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Sağlamlıq » Qarpız sevənlərə 4 XƏBƏRDARLIQ – Mütləq OXUYUN
Qarpız sevənlərə 4 XƏBƏRDARLIQ – Mütləq OXUYUN

Qarpız yay süfrələrinin əvəzolunmazıdır. Həm susuzluğu yatırır, həm də xoş ovqat yaradır. Amma yetişməmiş qarpız bu zövqü korlaya bilər. 
Reportyor.tv Türkiyə mətbuatına istinadla tam yetişmiş və ləzzətli qarpız seçməyin sirlərindən bəzilərini təqdim edir:
Böyüklüyünə deyil, çəkisinə fikir verin
Əgər bir qarpız öz ölçüsünə görə daha ağırdırsa, bu, onun həm sulu, həm də şirin olduğuna işarədir. Belə qarpızları seçmək daha məqsədəuyğundur.
Sapın rənginə baxın
Əgər sapı saralmışdırsa, bu, qarpızın tam yetişdiyini göstərir. Əksinə, sapı hələ də yaşıl və təravətlidirsə, bu, qarpızın hələ tam yetişmədiyini göstərir.
Sapının tamamilə quruduğundan əmin olun
Sapı tam qurumuş qarpız daha şirin olur.
Qabığındakı çatlara diqqət edin
Qarpızın qabığında nazik, hörümçək toruna bənzər çatlar varsa, bu, onun həm sulu, həm də ləzzətli olduğuna işarədir.
Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti