Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Sağlamlıq » "Stalinin dayəsi" ÜST-də müşavir oldu
"Stalinin dayəsi" ÜST-də müşavir oldu

London Universitet Kollecinin professoru, Britaniyada radikal siyasi baxışları ilə tanınan Syuzan Miçi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Davranış üzrə Məsləhət Qrupunun sədri olub.
reportyor.tv xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Nəşr qeyd edib ki, o, ÜST-yə peyvəndləmə sürətinin artırılması ilə bağlı məsləhətlər verəcək, həmçinin təşkilata üzv ölkələrin milli səhiyyə siyasətinin formalaşdırılmasında ekspert fəaliyyəti həyata keçirəcək.
Bundan əvvəl S.Miçi COVID-19 dalğalarından asılı olmayaraq davamlı olaraq maska ​​​​taxmaq və sosial məsafə tələbinin qorunmasının tərəfdarı olduğunu söyləmişdi. Miçi Britaniyada uzun illər Kommunist Partiyasının üzvü olması ilə tanınır və buna görə də həmkarları ona “Stalinin dayəsi” ləqəbini verib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti