Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Şou-Biznes » İranda hicabsız konsert verən Damladan AÇIQLAMA: "Bilmədim ki, buna ciddi yanaşarlar"
İranda hicabsız konsert verən Damladan AÇIQLAMA: "Bilmədim ki, buna ciddi yanaşarlar"

Xəbər verdiyimiz kimi, Məşhur Azərbaycan müğənnisinin Ərdəbildə çıxış etdiyi məkan qapadılıb.

İran mətbuatı yazır ki, Ərdəbil əyalətinin prokuroru Cəlal Afaqinin əmri ilə tanınmış Azərbaycan müğənnisi Damlanın çıxış etdiyi məkan bağlanıb.

Məlumata görə, prokuror bildirib ki, müğənni qanunları pozub və hüquq- mühafizə orqanları bu işlə ciddi məşğul olur.

Qeyd edək ki, Damla bir neçə gün öncə konsert üçün Ərbədil və Tehrana səfər edib. Müğənninin baş örtüksüz səhnədə çıxışı alqışla qarşılanıb. Buna baxmayaraq, yayılan videodan sonra İran dövlətinin buna yanaşma tərzi də istisna edilməyib.
 

Məlumatı Damlanın prodüsseri təsdiqləyib: "Damla xanım  İranda getdiyi yerlərdə başıörtülü olub,  Təkcə maşına əyləşəndə və  qadınlar olan məkanda, yəni salonda olan görüntülərini yayıblar".

Saytımıza verilən sonrakı açıqlamada isə bildirildi ki, Damla xanım salondan çıxandan sonra nə baş verdiyini başa düşməyib: " Biz də məətəl qaldıq. Damla xanım deyir ki, bilmədim ki, buna ciddi yanaşarlar. Hansı dövlətə gedirik o dövlətin qanunlarına həmişə hörmət edirik".


Şərhlər