Xalq artisti Röya Ayxan “Dalğa” festivalının açılışına özəl konsert verib.
Konsertdə iştirak edən Medianews.az-ın əməkdaşının məlumatına görə, Röya “Dalğa Beach”də açıq havada pərəstişkarları üçün sevilən mahnılarını ifa edib.
Pop kraliça gecəyə özəl hazırlaşıb, onu səhnədə böyük orkestr və 5 rəqqas müşayiət edib.Müğənninin səhnə obrazı da diqqət çəkib. O, tədbirə yerli dizaynerlər tərəfindən hazırlanmış qızılı libasda qatılıb.
Ön səhnədə isə Xalq artistinin qardaşı İsmail, müğənni Nəsimi Məmmədov, NURAN və gürcü ifaçı Açi çıxış edib.
Tədbirin aparıcısı Nəsib Nur olub.
Konsert gecə yarıya kimi davam edib. Röya Ayxan zarafatları və xatirələri ilə tamaşaçılarının üzündə təbəssüm yaradıb.
Xüsusilə də Xalq artisti Niyaməddin Musayevlə bağlı söhbəti – “zəng vurdum ki, mahnısını oxumaq üçün icazə alım, dedi, get oxu, məni vecinə almadı. Sən demə, kişi “məşğul” imiş, mən düzgün vaxtda yığmamışam” – hər kəsi güldürüb.