Aparıcı Aytən Səfərova ötən gün Xalq artisti, müğənni Ağadadaş Ağayevə dəstək nümayiş etdirib.
Aparıcı sosial hesabının hekayə bölməsində müğənninin üzəri ürək emojisi ilə bəzənmiş "Sən elə bir zirvəsən" adlı mahnısının videosunu paylaşıb.
Qeyd edək ki, ötən gün tanınmış müğənni Ağadadaş Ağayev aralarında yaranmış mübahisə zəminində tanışına balta atıb. Balta digər adama dəyərək xəsarət yetirib. Daha sonra müğənninin özü tanışı tərəfindən döyülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb. Münaqişə tərəfləri N.Cəlilov və A.Ağayev cinayət məsuliyyətinə cəlb ediliblər.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Əlavə edək ki, A.Səfərova bir müddət öncə avtomobil qəzası törədib. Hadisə səhər saat 06:50 radələrində baş verib. “Hyundai” markalı iki minik avtomobilinin toqquşması nəticəsində maşınlardan biri yolun hərəkət hissəsində aşıb, kənarda dayanmış “KİA”ya çırpılıb. A.Səfərova müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib, 2005-ci il təvəllüdlü Ayxan Əliyev isə vəfat edib.
Efirdən uzaqlaşan Aytən Səfərovanın onlayn dərslər keçməsi barədə məlumatlar da mətbuatda dərc olunub.