Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Şou-Biznes » Xalq artisti ÜSYAN ETDİ: "Aygün və Röyaya toxunmaq olmaz"
Xalq artisti ÜSYAN ETDİ: "Aygün və Röyaya toxunmaq olmaz"

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl insult keçirən Xalq artisti Fatma Mahmudova "Tarixin bir günü" verilişində qonaq olub.

Aktrisa bir neçə mahnısı trendə düşən müğənnilərin illərdir səhnədə olan sənətkarlar haqqında fikir bildirmələrini qınayıb:

"Şərt o deyil ki, oxuyanlar muğam ifa etsin. Aygün Kazımova, Röya Ayxan brenddir. Onlara toxunmaq olmaz. Hər yerindən duran Aygün Kazımova haqqında danışır. Sənətkar Alim Qasımov, Arif Babayev, Flora Kərimova, Brilliant Dadaşova, Zeynəb Xanlarovadır. Mahnısı 2 dəfə trendə düşür, deyir ki, "sənətkaram". Haqqın tərəfdarıyam. Biri var çayxana oxuyanı, bir də var, Aygün Kazımova kimi elitar, brend. Aygün mənim nəyimdir ki? Amma o, həqiqətən sənətkardır. Uşaq vaxtından oxuyur. Yaxşı ifa edir. Ona, Röyaya qulaq asıram, xoşuma gəlir. Heç kimlə də işləri yoxdur. Sənəti olmayanlar kiməsə badalaq vurur". (Axşam.az)

Şərhlər