Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Şou-Biznes » Şəbnəmin pul nümayişinə Nüşabədən reaksiya
Şəbnəmin pul nümayişinə Nüşabədən reaksiya

"Gözümü açandan toyları xalq düşmənlərinin məclisi kimi pisləyiblər. Bu sənin, mənim balamın toyudur da... Bunun nəyi pisdir? Həmişə toy oxuyanları pisləyiblər. Toya ayıb bir şey kimi baxıblar, elə bil özləri etməyiblər".

Bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Xəzər axşamı" verilişində deyib. Sənətçi bu yaxınlarda müğənni Şəbnəm Tovuzlunun toyda ona verilən şabaşı nümayiş etdirməsinə də münasibət bildirib:

"Bu məclislərin də müəyyən qonorarı var. Əlavə olaraq toyda nəsə bağışlayırlar. Vaxtı ilə mənə də qızıllar bağışlayıblar. Bu həmişə olub. O vaxt göstərməmişik. Göstərəndə də nə olar ki? Mən belə şeyə pis baxmıram. Həm də təqdim etməyin forması var. Məsələn, mənə toyda pul verən kimi əlimdə sıxıram ki, görünməsin. Daha sonra köməkçim gəlir və ona verirəm. Mən o pulu əlimdə sağa-sola nümayiş etdirmirəm. Yəqin ki, sırf bu tamaşaçıları qıcıqlandırır. Pulu verən də bizim xalqımızdır, qazanan da bizim vətənin balasıdır. Sadəcə toyda pul verəndə kamera qarşısında oynatmayın".

Şərhlər