Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Şou-Biznes » Laləni beynəlxalq yarışlara buraxmadılar - ŞOK SƏBƏBLƏR
Laləni beynəlxalq yarışlara buraxmadılar - ŞOK SƏBƏBLƏR

Beynəlxalq Gimnastika Federasiyası (FIG) Lalə Kramarenkonun beynəlxalq yarışlara buraxılma meyarlarına cavab vermədiyini əsas gətirərək, ona neytral status verməkdən imtina edib.
Publik.az xəbər verir ki, bu barədə “RİA Novosti” vəziyyətə yaxın mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, FIG Kramarenkonun Vətən Müdafiəçisi Gününə həsr olunmuş qala-konsertdə iştirak etməsində pozuntu görüb. Gimnast həm də Ukrayna müharibəsini dəstəkləyən MGFSO klubunu təmsil edir. Nəhayət, neytral statusun rədd edilməsinin səbəbləri arasında Kramarenkonun Rusiya bədii gimnastika komandasının keçmiş baş məşqçisi İrina Viner ilə birgə fotoşəkili də var.
FIG-nin qərarı qətidir və dərhal icra olunacaq. Kramarenko qərardan şikayət etmək üçün yeganə fürsətdən istifadə edib: İdman Arbitraj Məhkəməsində (CAS) iddia qaldırıb.

Şərhlər