Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Şou-Biznes » "Bir gecədə "S-Class"ımı satdım, dedilər ki, səni efirdə biabır edəcəyik"
"Bir gecədə "S-Class"ımı satdım, dedilər ki, səni efirdə biabır edəcəyik"

Müğənni Aytac Vidadiqızı həyat yoldaşından ayrılma səbəblərini açıqlayıb.
Əri ilə biznes quran sənətçi həmin ərəfədə aralarında yaranan fikir ayrılığından danışıb.
"Bizim birgə qurduğumuz biznesimiz vardı. Evləri təmir edib, satışı ilə məşğul olurduq. Mən ona dəstək oldum. Elə oldu ki, o iş uğursuz alındı. Davamlı olaraq maddi sıxıntılar yaşadıq. Bir çoxları tərəfindən təzyiqə məruz qalırdıq. "S Class"ım vardı, bir gecədə satmalı oldum, bəzi borcları o pulla ödədik. Məni şantaj edirdilər ki, biz sizi tanıyırıq, yoldaşınızı yox. Efirlərə çıxıb səni biabır edəcəyik. İş alınmadığı üçün həyat yoldaşıma dedim ki,davam etdirməyək. ancaq mənə qulaq asmadı. Əslində insanları aldatmaq istəmirdi, işi bacarmadı".(millii.az)

Şərhlər