Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Şou-Biznes » Röya xərçəngdən əziyyət çəkən iştirakçısının evinə getdi - VİDEO
Röya xərçəngdən əziyyət çəkən iştirakçısının evinə getdi - VİDEO

Xalq artisti Röya Ayxan xərçəngdən əziyyət çəkən ifaçı Qəşəm Nəcəfovu ziyarət edib.
Estrada ulduzu “Səs Azərbaycan”da iştirakçısı olan Qəşəmin evinə yollanıb.
Həm maddi, həm mənəvi cəhətdən Qəşəmə dəstək olduğunu bildirən pop ulduz paylaşdığı kadrlarda bunları söyləyib:
“Biz, bütün Azərbaycan səninləyik. İstədim, gəlim səni yoxlayım. Görsünlər ki, birlik çox gözəldir. Yaxşı ki, məni seçmisən. Dedim, sübut edim ki, doğrudan da düzgün seçim etmisən. Ruh düşkünlüyünü aradan qaldıraq. Vaqif müəllim (Vaqif Gərayzadə) bizim üçün duet yazacaq. Demişəm ki, bir oğlan var, sizin mahnılarınızı çox gözəl ifa edir. Səhnəyə qayıdacaqsan. Həkimimizdən də razıyıq. Amma hələ müalicəyə davam etməliyik. Deyəsən, başqa ölkəyə də getməliyik. Tək əldən səs çıxmaz. Rica edirəm, mənim də yanımda olsunlar. Biz Qəşəmin yanında olaq”.    (Olay)

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti