Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Şou-Biznes » Ebru Gündeşin qazancı DODAQ UÇUQLATDI: 1 saat üçün REKORD QONORAR ALDI
Ebru Gündeşin qazancı DODAQ UÇUQLATDI: 1 saat üçün REKORD QONORAR ALDI

Türkiyəli məşhur müğənni Ebru Gündeş və Assala Nasri Riyad şəhərində keçirilən, 15 min tamaşaçı tutumuna malik böyük konsertdə eyni səhnəni bölüşüblər. Müğənninin Yaxın Şərqdəki konsert çıxışı üçün həddindən artıq yüksək qonorar aldığı bildirilir.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, Gündeşin cəmi 1 saatlıq səhnə çıxışı üçün aldığı qonorarın 20 milyon TL (təqribən 780 min AZN) olması diqqət çəkib.

Bununla bağlı rəsmi açıqlama verilməyib.

Məlumata əsasən, müğənnilər "Gönlümün Əfəndisi" və "Aktar" mahnılarını türk və ərəb dillərində duet şəklində səsləndiriblər. İfa tamaşaçılar tərəfindən alqışla qarşılanıb.

Qeyd edək ki, “Gönlümün Efendisi” mahnısının sözləri Sıla tərəfindən yazılıb. Mahnı illər sonra beynəlxalq duet kimi yenidən gündəmə gəlib.

Bu barədə danışan Sıla bildirib: “Bu mahnını illər əvvəl yazanda belə bir duet olacağına, iki dildə səslənəcəyinə yəqin ki, inanmazdım. Mənim üçün böyük qürur və sevincdir”.

Mahnının musiqisi isə Murat Yeterə məxsusdur.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti