Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Şou-Biznes » 43 yaşlı məşhur aktrisa TANINMAZ HALDA – Hər kəsdən gizlətdiyi sirrini açdı... FOTO
43 yaşlı məşhur aktrisa TANINMAZ HALDA – Hər kəsdən gizlətdiyi sirrini açdı... FOTO

“Sadakatsiz” serialında “Gönül” obrazını canlandıran aktrisa Gözde Seda Altuner son vaxtlar itirdiyi çəki ilə gündəmə gəlib.

Reportyor.tv bildirir ki, 43 yaşlı aktrisa arıqlama prosesi ilə bağlı ona ünvanlanan suallara səmimi şəkildə cavab verib:

“Çox arıqlamısan, necə arıqladın? İynə istifadə etdin? Onu etdin, bunu etdin? Bəli, uşaqlar, o məşhur iynədən mən də istifadə etdim. Düzünü desəm, bu dövrdə istifadə etməyən az qalıb. Amma bu, həkim nəzarəti olmadan qətiyyən istifadə ediləcək bir şey deyil. Həkim nəzarətində həmin məşhur iynələrdən birini tətbiq etdim və arıqlamağa davam edirəm.

Deyəsən bütün ölkə əriyir. İllərlə çəki verə bilməyən hər kəs birdən-birə arıqladı. Hamımız əridik. Niyə? Nə baş verdi? Merkuri gerilədi, yoxsa Saturn irəli getdi? Xeyr, tibbi müdaxilə oldu. Bu açıqlamanı ona görə edirəm ki, “sadəcə sağlam qidalanıram və müntəzəm idman edirəm” deməyim. Əlbəttə, sağlam qidalanıram və idman da edirəm, amma təkcə bunlarla kifayətlənməmişəm”.

Altuner izləyicilərinə xəbərdarlıq da edib:

“Bəzi suallar məni qorxutdu. Açıq deyim: həkim nəzarəti olmadan iynə istifadə etsəniz, ölə bilərsiniz. Öldükdən sonra isə arıq olmağın mənası yoxdur!”

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti