
"Bizim efir şoumuz əyləncə xarakterlidir. Sosial şəbəkədə kimsə paylaşım edib, bunu da mənə oğlum Bartu göstərdi. Bizim proqramda heç kim gəlib yardım istəmir. Verilişimizin formatı bu deyil. Guya kimsə gəlib bizdən pul istəyib, biz də onu efirdən çıxarmışıq".
Bu sözləri “Həmin Zaur” verilişində aparıcı Zaur Kamal deyib. O bildirib ki, belə hal təkrarlanarsa, məsələ ilə bağlı hüquqi tədbirlər görüləcək:
“Xahiş edirəm, belə şeylər etməyin. Bir də belə hal olarsa, bununla bağlı hüquqi addım atacağıq. Həmin şəxs cəzalanacaq. Mənim neçə illərdir qazandığım uğurun üzərindən bu cür şeylərlə xətt çəkə bilməzsiniz. Həmin şəxslə eyni düşüncədə olanlar da şərhlər yazıblar. Zaur heç nə etməyib, belə qalmaqal və yardım məsələsi bizim verilişdə olmayıb”.//Demokrat.az






Şərhlər