Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Şou-Biznes » "Ağzından horra tökülən zırramaların qonağı olmaq istəmirik"- Qalmaqal
"Ağzından horra tökülən zırramaların qonağı olmaq istəmirik"- Qalmaqal

"Efirlər sanki pusqudadır, hansı ağzının danışığını bilməyən, tərbiyədən yanıq varsa, dərhal tapıb, musiqi-əyləncəli adıyla xalqa təbliğ edirlər".

Musavat.com xəbər verir ki, bunu aparıcı-müğənni Murad Arif sosial media hesabında yazıb. O, efirlərə ayaq açan bayağı müğənnilərə görə televiziya kanallarını qınayıb: “Ümumiyyətlə, niyə çirkin əyləncə həddi-miqdarının belə aşılmasına göz yumulur? Niyə hər özəl kanal gün ərzində 12-15 saat, canlı yayımda "müğənni" danışdırır.

Niyə müğənnidən başqa mövzu tapılmır, çəkməyə, danışmağa, göstərməyə?! Bu qədər bacarıqsız kanalların çoxluğu nəyə xidmət edir? Hər yetən, yerini azan aparıcı yaxud müğənni kimi evimizə, efirlərimizə soxulmasın. Qaytarın klip saatlarını, adamlar yaradıcılıqla məşğul olsun. Bəlkə bağlayasınız bu "tualetin qapısını"?! Bu üfunət zəngin mədəni irsimizə, zəfərimizə, dünya arenalarında iştirakımıza, ölkəmizin, şəhərimizin yarışlarına, tədbirlərinə, əzəmətinə, Azərbaycanın mövqeyinə yaraşırmı?

Bir normal estrada müğənnisi klip saatı tapmır ki, öz musiqisini təbliğ etsin. Niyə ölkəmizin keyfiyyətli pop musiqi kanalı olmasın.

Biz sənətçilər ağzından horra tökülən zırramaların qonağı olmaq istəmirik. Bu verilişlərə çıxmaq normal sənətçi üçün ayıbdır. Mən özüm 20 il TV-də çalışmışam. Radio verilişlərimdə milli-pop təqdim etmişəm, “Solo”da sənətkarlarla sənətdən danışdım, “Qaraj”da rok, alternativ musiqi, dünya musiqisi təbliğ etdim.

Abır vardı, həya vardı, "kommerçeski" müğənniləri belə seçib, danışığına, görkəminə, aranjemanına baxıb efirə verərdik. Hanı o seçkinlik? Hanı o qırmızı xətt? Kanalların bədii şurası nə oldu? Bu nə özbaşınalıqdır?", - deyə Murad Arif gileylənib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti