Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Şou-Biznes » Fatimə: “Ucuz qalmaqal, səviyyəsiz çıxışlar...”
Fatimə: “Ucuz qalmaqal, səviyyəsiz çıxışlar...”

“Bəzi “şou-biznes ulduzları”na demək istəyirəm: məşhurluq sizi böyük etmir. Səhnəyə çıxmaqla insan olunmur. Adınız var deyə hər etdiyiniz normal sayılmır. Sizə baxan bir nəsil var. Telefonu əlində olan uşaqlar sizi izləyir, danışığınızı, davranışınızı, geyiminizi, münasibətinizi təqlid edir”.

Reportyor.tv xəbər verir ki, bu sözləri instaqramda rəqqasə Fatimə Fətəliyeva qeyd edib.

Fatimə ad çəkmədən şou-biznesdə gedən qalmaqala münasibət bildirib:

“Amma siz nə edirsiniz? Ucuz qalmaqal, süni səs-küy, səviyyəsiz çıxışlar, mənasız hərəkətlər... Bunu sənət adı ilə təqdim edirsiniz. Sənət bu deyil. Sənət məsuliyyətdir. Sənət mədəniyyətdir. Sənət tərbiyədir.

Pul və baxış sayı naminə hər şeyi normallaşdırmaq ayıbdır. Dəyərsizliyi trendə çevirmək isə daha da ayıbdır. Sabah həmin uşaqlar sizin kimi davrananda, cəmiyyət pozulanda heç kim təəccüblənməsin.

Unutmayın: səhnə oyuncağınız deyil. Siz istəsəniz də, istəməsəniz də nümunəsiniz. Amma təəssüf ki, nümunə olmaq əvəzinə iyrəndirici bir səviyyə göstərirsiniz.

Şöhrət müvəqqətidir. Amma qoyduğunuz iz qalıcıdır. O izi necə qoyduğunuzu yaxşı düşünün.

Şou-biznes adı altında hər şeyi normallaşdırmağa çalışırsınız, amma unutmayın - indi oruc ayıdır. Bu ay müqəddəs aydır. İnsan bir az özünə, dilinə, davranışına nəzarət edər. Ağzınıza gələni danışmaq, qalmaqal yaratmaq, söyüşü, tərbiyəsizliyi “cəsarət” kimi göstərmək nə sənətdir, nə də mədəniyyət.

Oruc tutan gənclər var. Bu ayın hörmətini saxlayan ailələr var. Amma siz yenə ucuz gündəm, boş söz, səviyyəsiz hərəkətlərlə diqqət toplamağa çalışırsınız. Müqəddəs ayda belə özünüzü saxlaya bilmirsinizsə, deməli, problem trenddə yox, tərbiyədədir.

Ramazan ayı nəfsə hakim olmaq ayıdır. Dilə sahib çıxmaq ayıdır. Hörmət ayıdır. Amma siz hörmətsizliyi nümayiş etdirməyi seçirsiniz. Sonra da deyirsiniz “biz sənətçiyik”. Sənətçi olmaq əvvəlcə insan olmaqdan keçir. Bir az utanmaq, bir az düşünmək, bir az məsuliyyət hiss etmək bu qədər çətindir? Şöhrət hər şey deyil. Xüsusilə də bu müqəddəs ayda”.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti