Röya keçmiş ərindən DANIŞDI: “Onu sevmirəm, hörmət edirəm”
Tarix: 4-07-2023, 13:13
Baxılıb: 402
Google+ Paylaş
Tumblr Paylaş

Röya keçmiş ərindən DANIŞDI: “Onu sevmirəm, hörmət edirəm”

4-07-2023, 13:13

Xalq artisti Röya Ayxan keçmiş həyatı yoldaşı Anar Cəlilovdan söz açıb. 
Reportyor.tv bizim.media-ya istinadən bildriir ki, sənətçi qonaq olduğu "Xəzər axşamı" verilişində fanatından gələn "Keçmiş həyat yoldaşınız Anar Cəlilovu sevirsiniz?" sualına cavabı ilə diqqət çəkib. 
"Yox, ona hörmət edirəm. Çünki övladım Hüseynin atasıdır", - deyə Xalq artisti vurğulayıb. 
Bu anda isə proqramın aparıcısı Mətanət Əliverdiyevanın "Elə demə, sevirsən" sözlərinə Röya "Elə demə, onun ailəsi var. Aləmi bir-birinə qatma (gülür). Qadın gərək sevdiyi şəxsdən dünyaya uşaq gətirsin ki, hər ikisinə də böyük sevgi bəsləsin" şərhini verib.  
Qeyd edək ki, Röya 2008-ci ildə iş adamı Anar Cəlilovla ailə qurub. Bir il sonra onların Hüseyn adında övladı dünyaya gəlib.
2014-cü ildə isə cütlük boşanıb. Müğənni boşanandan sonra ailə qurmasa da, Anar 3-cü dəfə ailə qurub. A. Cəlilov "Çudo-Peçka" mağazalar şəbəkəsinin rəhbəri, iş adamı Çingiz Cəlilovun oğludur.  

Məqaləyə dair fotomateriallar:







Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ