Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Şou-Biznes »  "Pulu olanda Aygünü çağırır, kasıblayanda məni" - Ruhəngiz Allahverdiyeva
 "Pulu olanda Aygünü çağırır, kasıblayanda məni" - Ruhəngiz Allahverdiyeva

Müğənni, Əməkdar artist Ruhəngiz Allahverdiyeva qatıldığı teleproqramlardan birində maraqlı açıqlama verib.

Reportyor.tv-nin Lent.az-a istinadən xəbərinə görə, o toy qiymətlərindən danışarkən yerlilərindən gileylənib:

“Mən Lənkəranlıyam axı. Bir də görürsən zəng gəlir, toya çağırılar. İmkanım yoxdu deyəndə qiyməti aşağı edirəm, bəzən deyirəm eybi yox, lap havayı oxuyaram, ansamblın pulunu verər. Bir dəfə elə biri zəng vurdu xahiş edirdi ki yerliyik, havayı oxumağa razı oldum. Danışdıq, elə razı olmuşdum ki, qayıdasan ki, pullu vaxtlarımda Aygünü, Röyanı çağırmışam, indi pulum yoxdu. Dedim, dayan, gələsi olmadım, Xeyir ola, pulun olanda Aygün, Röya, olmayanda mən yada düşürəm?”

Şərhlər