Əməkdar artist estetik əməliyyatın qurbanı oldu: "Çox peşmanam..."
Tarix: 31-07-2023, 12:26
Baxılıb: 250
Google+ Paylaş
Tumblr Paylaş

Əməkdar artist estetik əməliyyatın qurbanı oldu: "Çox peşmanam..."

31-07-2023, 12:26

“Üzümdə estetik prosedur etdirdim. Təəssüf ki, həkimin etdiyi iş çox uğursuz alındı. Həkimə əməliyyatın səhv olduğunu deyəndə, boynuna almadı. Çox səhv bir əməliyyat etdi, bacarmadığı bir iş gördü”.
 
Reportyor.tv-nin xəbərinə görə, bu sözləri Əməkdar artist Rühəngiz Allahverdiyeva səsləndirib.
 
O, üzünə botoks vurdurduğunu və bunun fəsad törətdiyini, hələ də o iynənin acı nəticələrinin qaldığını deyib.

“İnsan həyatı və gözəlliyi ilə oynayırsız. Həyatımda bir dəfə üzümə botoks vurdurdum. Onu da mənə məcbur etdilər. Amma çox peşman oldum”, - deyən Əməkdar artist başqa estetik əməliyyatlar etdirmədiyini iddia etsə də, dodağında dolğu olması hiss olunur.(lent.az)


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ