Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında Çin-Avropa Dəmiryolu Ekspresi üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutlarının inkişafı haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb.
Fərmana əsasən, 2024-cü il iyulun 1-də Bakı və Pekin şəhərlərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında Çin-Avropa Dəmiryolu Ekspresi üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutlarının inkişafı haqqında Anlaşma Memorandumu” təsdiq edilsin.
2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərsin.

Oxşar xəbərlər
- 22-07-2023, 11:01
Şuşada Qlobal Media Forumunun açılış mərasimi...
- 12-05-2020, 16:40
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət...
- 24-07-2023, 15:07
Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China...
- 8-04-2024, 14:04
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin...
- 14-01-2023, 10:16
“Transxəzər” layihəsi Azərbaycana təzyiq...
Şərhlər