Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » MSK-nın Milli Məclisə seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulmasına dair iclası başlayıb
MSK-nın Milli Məclisə seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulmasına dair iclası başlayıb

Mərkəzi Seçki Komissiyasının (MSK) Milli Məclisə növbədənkənar seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulmasına dair iclası başlayıb.
 Seçki Məcəlləsinə əsasən, səsvermə günündən ən geci 20 gün keçənədək MSK seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulması prosesini başa çatdırmalıdır.
MSK protokollar yoxlanıldıqdan sonra 24 saat müddətində seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Konstitusiya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) Milli Məclisinə seçkilərin yekunlarının və nəticələrinin yoxlanılaraq təsdiq edilməsi prosesini başa çatdırmalıdır.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti