Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » İcra başçısı təyin olunan Sevindik Hətəmov KİMDİR... - DOSYE
İcra başçısı təyin olunan Sevindik Hətəmov KİMDİR... - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Sevindik Hacağa oğlu Hətəmov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Reportyor.tv Sevindik Hətəmovun dosyesini oxucularına təqdim edir:

Sevindik Hətəmov 1961-cü il aprelin 7-də Laçın rayonunun Güləbird kəndində anadan olub. 1980-ci illdə Güləbird kənd orta məktəbini bitirib. 1980–1981-ci illərdə Laçın rayonu Güləbird kənd orta məktəbində çilingər-montyor işləyib.

1981–1986-cı illərdə Azərbaycan Politexnik İnstitutunun Mühəndis- mexanik fakültəsində təhsil almışdır. 1987-ci ildə Laçın rayon Texniki Təhcizat Bazasında mühəndis, 1987–1989-cu illərdə Laçın rayon Texniki Təhcizat Bazasında böyük mühəndis, 1989–1990-cı illərdə Laçın rayon Maddi-Texniki Təhcizat və Mexanikləşdirmə İstehsalat Birliyində mühəndis, 1990–1997-ci illərdə Laçın rayon Təsərrüfathesablı Tikinti Quraşdırma Sahəsində rəis, 1997–1999-cu illərdə "Güzdək" daş karxanasında direktor, 1999–2005-ci illərdə "Güzdək-Günay" firmasında direktor vəzifəsində işləyib.

2005–2010-cu illərdə Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Bir müddət Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri olub. 2012-ci ilin mart, aprel aylarında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi, 2012–2016-cı illərdə isə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli Sərəncamı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti