Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » COP29-dan sonra bu nazirlər vəzifədən gedəcək - ADLAR
COP29-dan sonra bu nazirlər vəzifədən gedəcək - ADLAR

Hakimiyyət komandasında dəyişikliklər olacaq. Hökumətdə təmsil olunan 3 nazir vəzifəsi ilə vidalaşacaq.

Bu barədə  iqtidar komandasındakı mənbədən məlumat verilib. Bildirilib ki, hökumətin tərkibində dəyişikliklər qaçılmazdır. Onun sözlərinə görə, kadr dəyiıiklikləri bu ilin noyabrında keçiriləcək dünya əhəmiyyətli COP29 tədbirindən sonra gerçəkləşəcək.

"Yeni Sabah" karyerası ilə vidalaşacaq nazirlərin adlarını dəqiqləşdirə bilib. Məlum olub ki, hökumətin 3 nüfuzlu üzvü - Maliyyə naziri Samir Şərifov, Elm və təhsil naziri Emin Əmrullayev və Mədəniyyət naziri Adil Kərimli karyeralarının son günlıərini yaşayırlar. Onlar COP29 tədbirindən dərhal sonra, ən gec 2025-ci ilin əvvəlində tutuduqları vəzifələrdən azad ediləcəklər. vakansiyalar

Məlumatlı şəxs hər 3 nazirlə bağlı siyasi qərarın verildiyini bildirib. Qeyd edib ki, bununla bağlı rəsmi məlumat Bakıda keçiriləcək dünya əhəmiyyətli tədnbirdən sonra elan ediləcək./Yenisabah.az

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti