Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » İrandakı ruslara ÇAĞIRIŞ EDİLDİ - Ehtiyatlı olun!
İrandakı ruslara ÇAĞIRIŞ EDİLDİ - Ehtiyatlı olun!

İrandakı Rusiya vətəndaşlarına İsrailin bu ölkədəki hədəflərinə mümkün zərbəsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinə riayət etmələri tövsiyə olunur.
Publika.az xəbər verir ki, bununla bağlı Rusiyanın Tehrandakı səfirliyi həmvətənlərinə çağırış edib.
“İran ətrafında vəziyyətin gərginləşməsi, İsrailin ölkənin hədəflərinə cavab zərbəsi endirməsi ilə əlaqədar Rusiya səfirliyi İrandakı Rusiya vətəndaşlarına təhlükəsizlik tədbirlərinə ciddi riayət etməyi tövsiyə edir”, - məlumatda deyilir.
Rusiya Federasiyasının vətəndaşları da Rusiya səfirliyinin resursları haqqında məlumatı izləməyə çağırılıb.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti