Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Pezeşkian Azərbaycan səfirliyinə hücumdan DANIŞDI
Pezeşkian Azərbaycan səfirliyinə hücumdan DANIŞDI

“Azərbaycan səfirliyinə hücum edən şəxsin məhkəmə prosesi ilə bağlı hüquqi prosedurun tam həyata keçirilməsinə nəzarət edəcəyik”.
Publika.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Baş nazirinin müavini Şahin Mustafayevlə görüşündə bildirib.
Xatırladaq ki, 2023-cü il yanvarın 27-də “Kalaşnikov” silahı ilə silahlanmış şəxs Azərbaycan səfirliyinə hücum edib, nəticədə mühafizə xidmətinin rəisi qətlə yetirilib, iki nəfər isə yaralanıb. Həmin terrorçu həbs olunub və onun barəsində məhkəmə 2023-cü il oktyabrın 2-də ölüm hökmü çıxarıb. Lakin bu qərarın üstündən bir ilə yaxın vaxt keçsə də, edamın nə vaxt icra ediləcəyi məlum deyil.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti