Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Lavrov: Bakı və İrəvan birbaşa vasitəçisiz razılığa gələ bilsə, biz ancaq şad olarıq
Lavrov: Bakı və İrəvan birbaşa vasitəçisiz razılığa gələ bilsə, biz ancaq şad olarıq

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması ilə bağlı hansı platformanın daha həyat qabiliyyətli olduğunu açıqlayıb.
Rusiya xarici işlər naziri Sergey Lavrov İstanbulda “3+3” formatında keçirilən Regional Əməkdaşlıq Platformasının iclasından sonra keçirdiyi mətbuat konfransında Bakı-İrəvan münasibətlərinin normallaşması ilə bağlı mövcud platformalardan hansının daha həyat qabiliyyətli olması ilə bağlı suala cavab verib.
Rusiyalı nazir bildirib ki, harada Azərbaycan və Ermənistan razılığa gələ bilərlərsə, həmin platforma daha həyat qabiliyyətlidir: “Əgər onlar birbaşa (vasitəçisiz-red.) razılığa gələ bilsələr, biz ancaq şad olacağıq”.
Lavrov Azərbaycan və Ermənistana bu gün “3+3” platformasının istifadə etməyi təklif olunduğunu xatırladıb: “Ermənistan və Azərbaycanın qonşularının bu formatda gördüklərini nəzərə alsaq, bu təbii olardı. Lakin bu barədə qərarı Bakı və İrəvan verməlidir”.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti