Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Rəsmi Moskva Qərbi Ermənistan-Azərbaycan nizamlanmasına müdaxilə etməkdə günahlandırıb
Rəsmi Moskva Qərbi Ermənistan-Azərbaycan nizamlanmasına müdaxilə etməkdə günahlandırıb

Rəsmi Moskva Qərbi Ermənistan-Azərbaycan nizamlanmasına müdaxilə etməkdə günahlandırıb.
\Belarus paytaxtı Minskdə keçirilən II Beynəlxalq Avrasiya Təhlükəsizliyi konfransında çıxış edən Rusiya xarici işlər naziri Sergey Lavrov qərb ölkələrinin Avrasiyasının müxtəlif məkanlarında destruktiv fəaliyyət göstərməsindən danışıb.
Bildirib ki, qərbin Avrasiyasının digər hissələrində destruktiv fəaliyyəti sakitləşmir. Onun sözlərinə görə, qərb israrla Cənubi Qafqazda öz xidmətlərini Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında tətbiq etməyə çalışır.
Lavrov Amerikanın Əfqanıstandan 20 illik işğaldan sonra qaçdığını xatırladıb. Qeyd edib ki, Vaşinqton və müttəfiqləri bu gün Əfqanıstanda həssas olan vəziyyətin sabitləşməsi prosesinə müdaxilə etməyə çalışırlar.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti